Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan
xalqını təbrik edib. Dekabrın 31-də milli televiziya
kanalları ilə birbaşa yayımlanan çıxışında ölkə
Prezidenti maraqlı məqamlara toxunub:
*
Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə -
siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə
bilməz.
*
Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu
inkişafın təməlində islahatlarımız dayanır.
Dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos
Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə
görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük
və tarixi nailiyyətdir.
*
Bu il Azərbaycanda sosial infrastrukturun yaradılmasına
böyük vəsait qoyulmuşdur, 60-dan çox tibb ocağı, 50-yə
yaxın məktəb, uşaq bağçası tikilib təmir edilmişdir.
Əminəm ki, gələn il də bu müsbət proseslər gedəcək.
*
Azərbaycanda inflyasiya 1,4 faizdir. Əhalinin pul
gəlirlərinin artımı isə 5 faizə yaxındır. Maaşların,
pensiyaların, sosial müavinətlərin ildən-ilə
artırılması əlbəttə ki, insanların rifah halını
yaxşılaşdırır.
*
Bizim siyasi gücümüz, iqtisadi potensialımız, qüdrətli
ordumuz var.
Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5
milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul,
dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən
çoxdur.
*
Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da ciddi
mübarizə aparılacaq, həm cəza tədbirləri, inzibati
tədbirlər və sistem xarakterli tədbirlər görüləcəkdir.
*
Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük
sərvətdir.
Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət
aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində
qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan
reallıqlarını təmin edir.
*
Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr
edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi
dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu
inkişafımız bundan sonra da təmin ediləcəkdir. |