Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Yeniyetmə güləşçilərimiz Dağıstanda iki medal qazanıblar

 

Dağıstanın Kaspiysk şəhərində Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında V beynəlxalq turnir keçirilib.

AzərTAc xəbər verir ki, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığmamızın üzvləri turniri 1 gümüş və 1 bürünc medalla başa vurublar. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçimiz yollanıb. Turnirdə 85 kiloqram çəki dərəcəsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov yalnız finalda uduzaraq gümüş medala yiyələnib. Əhliman Quliyev (76 kq) isə bürünc medal qazanıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov