Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

"Sənətkar" jurnalının növbəti nömrəsi çapdan çıxıb

 

Təhsil Nazirliyinin rüblük "Sənətkar" elmi-pedaqoji, metodik jurnalının sonuncu nömrəsi çapdan çıxıb. Jurnalın oktyabr-dekabr nömrəsinin ilk səhifələrində "Müəllimlərin etik davranış qaydaları" yer alıb. Jurnal daimi "Mütəxəssis sözü" rubrikası altında da bu nömrəsində materialların dərcini davam etdirib və oxucularına Təhsil Problemləri İnstitutunun əməkdaşları P.Əsgərov və M.Qurbanovun "Yeni təhsil proqramları (kurikulumlar) ilə işləyən müəllimlərin təlimi problemi", B.Məmmədovanın "Orta ixtisas təhsilində pedaqoji kadr hazırlığına müasir yanaşma", Bərdə Peşə Liseyinin müəllimi Z.Əliyevin "Peşə təhsili müəssisələrinin özünəməxsusluğu, kadr hazırlığında təcrübə dərslərinin əhəmiyyəti", jurnalın əməkdaşı A.Rəsulzadənin "Peşə təhsilinə dövlət qayğısı ilbəil artmaqdadır" yazılarını təqdim edib.

Müəllimə kömək məqsədi ilə eyniadlı daimi rubrikada  xeyli məqalə verilib.  Bunlara TPİ-nin böyük elmi işçisi A.Veyisova və 14 nömrəli Bakı Peşə Liseyinin müəllimi Z.Xəlilovanın "Geyimin bədii layihələndirilməsi, konstruksiyası və modelləşdirilməsi fənni üzrə nümunəvi dərsin təşkili", 9 nömrəli Bakı Peşə Liseyinin müəllimi P.Məhərrəmovanın  "Nəzəri və istehsalat təlimlərinin vəhdəti olan binar dərslər", Sumqayıt Dövlət Texniki Kollecinin ingilis dili müəllimi Ü.Səfərovanın "İnsan hüquqlarının tədrisində müəllimin rolu" adlı məqalələrini və digər yazıları misal göstərmək olar.

Jurnal "Direktorun tribunası"nda bu nömrəsində Qusar Peçə Liseyinin direktoru İ.Zəkiyevə tribuna verib. İmaməddin müəllim yazısında liseylərinin yaranma zərurəti və keçdiyi yoldan söz açır.

Jurnalın oxucuları yeni nömrədə habelə gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərə dövlət qayğısı, gənc nəslin peşəyə istiqamətləndirilməsi, narkomaniyaya qarşı mübarizə çərçivəsində keçirilən tədbirlərlə bağlı jurnalın və ilk peşə-ixtisas təhsili müəssisələrinin əməkdaşlarının yazıları ilə tanış ola bilərlər.

Nömrədə Ukraynanın təhsil sistemi, qədim peşələrdən dulusçuluq haqqında yazılar   və Azərbaycan Milli Kulinariya Mərkəzində Beynəlxalq Kulinariya Gününün qeyd olunması  barədə geniş informasiya da yer alıb. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov