Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Məktəblilərin əl işlərinə aid sərgi

 

Böyütmək üçün seçinBakıdakı 219 nömrəli evdə təhsil tam orta məktəbində  31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə  həsr olunmuş  məktəblilərin  əl işlərinə  aid   sərgi keçirilib.

Tədbiri giriş sözü ilə açan   məktəbin direktor əvəzi  Tahirə Ağayeva  bildirib ki,  sərgidə   16 şagirdin  əl işləri nümayiş  etdirilir.  Məqsəd   məktəbdə  oxuyan  istedadlı şagirdlərin yaradıcılıq potensiallarının üzə  çıxarılması, inkişaf etdirilməsi üçün stimulların yaradılması və respublikada   onların tanınmasıdır.

Sərgidə əl işləri qiymətləndirilərkən onların estetik tərtibatına və milliliyinə   üstünlük verilib. Nəticədə şagirdlərdən Murad Qurbanov,Turan Umarov, Aydan Cəfərova və Şeyda Məmmədovanın əl işləri daha çox  fərqlənib.

Tədbirdə  iştirak edən müəllimlərdən Rəna Kərimova, Sevinc Məmmədova,  Lalə Əliyeva, valideynlərdən Bəhruz Zeynalov, Nuranə Qurbanova və başqaları təşkil olunan   sərgini  yüksək qiymətləndiriblər.

Sonda  məktəb  rəhbərliyi tərəfindən əl işləri sərgilənən  şagirdlərin hamısına hədiyyə  təqdim olunub.   

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov