Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Breyn-rinqin 2014-cü ildə son oyunu

 

Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda intellektual yarışma dekabrın 14-də başa çatsa da, breyn-rinq davam edib və dekabrın 21-də bu silsilədən sonuncu oyun keçirilib. Bu oyun ilin çempionunu müəyyənləşdirib. "Baku Crystal Hall"da baş tutan və AzTV kanalı ilə yayımlanan oyunda  Azərbaycan İntellektual Klublar Assosiasiyası kubokunun qalibi "Kapital bank" ilə  "Bilik kuboku"nun sahibi "Romantik" ilin qalibi adı uğrunda mübarizə aparıblar.

Komandalardan birinin 3 xal toplamasına qədər davam etməsi nəzərdə tutulan oyun  5 görüşdən ibarət olub. Hər görüş  komandalardan biri 5 xal toplayana qədər davam edib.  Rəqiblər bir-birinə ciddi müqavimət göstəriblər. Nəticədə ikinci və dördüncü görüşlərdən sonra hesab bərabərləşib: 1:1 və 2:2. Qalibi müəyyənləşdirmək üçün bir sualdan ibarət beşinci görüş keçirilib.  Həmin sualı daha tez cavablandıran "Kapital bank" komandası breyn-rinq üzrə bu ilin Azərbaycan çempionu olub. Çempionlara medallar təqdim edilib. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov