Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

"İNEPO-2014" Beynəlxalq olimpiadasının qızıl medalçısı

 

  İkram Qabiyev 2001-ci ildə  Bakıda anadan olub. "Ankara məktəbi" məktəb-lisey"in VII sinif şagirdidir. 2014-cü ilin aprelində  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Təhsil Nazirliyi, Ekologiya  və Təbii Sərvətlər Nazirliyi, İDEA təbiəti mühafizə üzrə ictimai təşkilatı və İctimai Televiziyanın təşkilatçılığı ilə Bakıda  keçirilən "İNEPO-2014" Beynəlxalq olimpiadasında iştirak edib. Olimpiadada dünyanın 51 ölkəsindən 180 komanda təmsil olunub. İkram bu bilik   yarışmasında "Günəş radiasiyasından elektrik enerjisi alınmasının yeni metodikası" adlı layihəsi ilə çıxış edib. Sevindirici haldır ki, onun hazırladığı qurğu təşkilatçılar və münsiflər heyəti tərəfindən  yüksək qiymətləndirilib və  olimpiadanın qızıl medalına  layiq görülüb.

İkram həmin layihə ilə iyun ayında  ABŞ-ın Osveqo şəhərində təşkil olunmuş ümumdünya olimpiadasında (GENİUS Olimpiada) iştirak edərək "HONOR" sertifikatına layiq gorulüb. Beləliklə, 12 yaşlı azərbaycanlının şərəfinə Amerikada Azərbaycan bayrağı qaldırılıb. 2014-cü ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən Bakı Elm Festivalında  İkram Qabiyev eyni adlı layihə ilə balaca ixtiraçı kimi hamını təəccübləndirib.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov