Qaflan
Abbasov 2007-ci ildə Bakıda anadan olub. Paytaxtdakı
210 nömrəli tam orta məktəbin II sinif şagirdidir.
Yaşının az olmasına baxmayaraq qeyrı-adi istedad
sahibidir. 5 yaşından Nizami rayon Uşaq -Gənclər
Yaradıcılıq Mərkəzində "Bal" rəqsləri qrupunda məşğul
olur. "Milli rəqs", "Azəri inciləri" rəqs
qruplarının,"Çiçəyim" uşaq teatr studiyasının üzvüdür.
2013-cü ildə ilk uğuruna imza atıb. Milli
Konservatoriyada bal rəqsləri üzrə keçirilən müsabiqədə
I yeri tutaraq diplom və medalla təltif olunub. 2014-cü
ilin noyabrında Azərbaycan kuboku və idman rəqsləri üzrə
keçirilən müsabiqədə I yerə layiq görülüb.
Mərkəzin sevimli və bacarıqlı üzvü olan Q.Abbasov
müxtəlif telekanallarda ayrı-ayrı uşaq verilişlərində
iştirak edib. Mədəniyyət telekanalında "Dərsdən sonra"
verilişində moda nümayiş etdirərək tamaşaçı sevgisi
qazanıb. Space telekanalında yayımlanan "Mən böyümüşəm"
uşaq verilişində maraqlı çıxışı ilə tamaşaçılarda xoş
ovqat yaradıb. Qaflan bir çox tədbirlərdə məharətlə
çıxış edib. Hər ilin mayında ulu öndər Heydər Əliyevin
doğum günü münasibətilə təşkil olunan Gül
bayramlarında, Heydər Əliyev Fondunun təşkil etdiyi uşaq
tədbirlərində, Fondun yeniyetmələr üçün keçirtdiyi Yeni
il şənliklərindəki çıxışları maraqla qarşılanıb.
Böyük istedad sahibi olan Qaflan dərs əlaçısıdır. Rus
və ingilis dillərində sərbəst danışır. İdmanın
taekvando növü ilə də məşğul olur. Gələcəkdə diplomat
olmaq arzusu ilə yaşayır. Bu müqəddəs arzusuna
qovuşmaqda Qaflana uğurlar arzulayırıq. |