19-20
dekabr 2014-cü il tarixində Naxçıvan Dövlət
Universitetində "Əlilliyi olan insanların Azərbaycanın
ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin
qoyulması" (TEMPUS (ESFIDIP)
543649-TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPGR) layihəsi
çərçivəsində konfrans keçirilib.
Konfransın əsas məqsədi layihə çərçivəsində yerinə
yetirilmiş işlərin müzakirə edilməsi və görüləcək
işlərin planlaşdırılmasından ibarət idi. Konfransda
Sumqayıt Dövlət Universitetini elm və innovasiyalar üzrə
prorektoru, professor Ramazan Məmmədov, humanitar
məsələlər üzrə prorektor, dosent Nizami Namazov və
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay
Hüseynov təmsil ediblər. Dosent Turqay Hüseynov layihə
çərçivəsində yerinə yetirilmiş işlər haqqında məruzə
edib.
SDU-nun Mətbuat xidməti |