Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Təhsil Problemləri İnstitutunda Elmi Şuranın toplantısı olub

 

Böyütmək üçün seçinTəhsil Problemləri İnstitutunda Elmi Şuranın yeni tərkibinin təsdiq edilməsi,  institut üzrə elmi vəzifələrə seçkilərin keçirilməsi  və qarşıda duran vəzifələrə həsr olunmuş  növbəti  iclası keçirilib. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun  rəhbərliyi ilə keçirilən şurada yeni tərkib elan olunub.

Elmi Şuranın gündəlik məsələlərinə müvafiq olaraq "Azərbaycan müəllimi" qəzetinin  17 oktyabr 2014-cü il tarixli nömrəsində dərc edilmiş müsabiqə elanına əsasən institut  üzrə elmi vəzifələrə seçkilər keçirilib. Gizli səsvermə yolu ilə aparılan seçkidə səs sayına görə institut üzrə elmi vəzifələrə namizədlər  müəyyən olunub.

Elmi Şuranın gündəliyinə əsasən pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə müdafiəyə təqdim olunacaq doktorant və dissertantların siyahısı səsləndirilib. Onlardan bir neçəsinin vaxtından tez müdafiəyə hazır olduqları xüsusi vurğulanıb. Şuranın elmi katibi Akif Abbasov bəzi doktorant və dissertantların mövzularında, indeksində, elmi rəhbərində aparılacaq dəqiqləşdirmələr barədə məlumat verib.

Qulu Novruzov respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısından, bu sahənin davamlı olaraq dinamik inkişafından söz açıb. Direktor bildirib ki, Prezident İlham Əliyev çıxışında xalqın gələcəyini təyin edən əsas amillərdən birinin elmin inkişafında gördüyünü söyləyib. Təhsilə və elmə ölkəmizdə həqiqətən də  çox yüksək diqqət və qayğı göstərilir. Qeyd edilib ki, elm və təhsil sahəsində aparılan belə uğurlu siyasətin nəticəsidir ki, Təhsil Problemləri İnstitutuna da dəyərli töhfə verilir. İnstitutun direktoru dövlətimizin təhsilə göstərdiyi bu münasibətin, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını da xüsusi olaraq vurğulayıb.

Şurada yekun hesabat olaraq institutun direktoru görülmüş işlər barədə geniş məlumat verib, institut tərəfindən 2014-cü ildə aparılan tədqiqatlara dair toplanmış materiallar və onların vəziyyəti, uğurla keçirilmiş beynəlxalq konfrans və yerli tədbirlər, çap olunmuş metodiki vəsaitlər və kitablar, monoqrafiyalar və s. nəşr olunmuş və nəşrə hazır çap məhsulları barədə danışıb.

İnstitutun elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri Hümeyir Əhmədov 2014-2015-ci tədris ilində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul, dissertanturaya təhkim olunma və elmlər doktoru proqramı üzrə doktoranturaya qəbulun nəticələri, 2014-cü ilin dekabr ayında təhsil müddəti başa çatmış fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar barədə hesabat verdi.

Yeni tərkibi təsdiq olunmuş Şurada qərara alınıb ki, institutun bəzi əməkdaşları və doktorantları tərəfindən hazırlanmış  əsərləri nəşrə verilsin.  Qarşıdan gələn yeni tədris ili üçün daha səmərəli və aktual problemlərin həlli yolları araşdırılsın və müzakirəyə verilsin. Elm sahəsində çalışanların əməyi müvafiq olaraq dəyərləndirilsin. 

Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov