Dekabrın 25-də Bakı Dövlət Universiti Tələbə Həmkarlar
İttifaqı Komitəsi (THİK) "Tələbə həyatına verdiyi önəmə
və əlaqəli xəbərləri dəqiq və qərəzsiz şəkildə
işıqlandırdığına" görə bir qrup media qurumlarını fəxri
adla təltif edib.
Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın
Qənbərov tələbə həyatını, komitənin fəaliyyətini dəqiq
və qərəzsiz işıqlandıran media qurumlarına və onların
əməkdaşlarına öz təşəkkürünü bildirib.
Daha sonra o, tədbirdə iştirak edən media qurumlarının
əməkdaşlarına fəxri diplomları təqdim edib.
Qeyd edək ki, "Tələbələrin dostu" fəxri adı ilə təltif
olunan media qurumları içində "Azərbaycan müəllimi"
qəzeti də yer alıb.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |