Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

BPKİYİ-nin rektoru Sinqapurda olub

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru professor Asəf Zamanov Sinqapurun EDUCARE şirkətinin baş icraçı direktoru Mayk Tirumanın dəvəti ilə 15-21 dekabr 2014-cü il tarixlərdə Sinqapurda səfərdə olmuşdur. Qeyd edək ki, BPKİYİ və EDUCARE təşkilatı arasında əlaqələr 2013-cü ilin əvvəllərindən başlamış və 29 aprel 2013-cü ildə təhsil sahəsində əməkdaşlığa dair müqavilənin imzalanması ilə rəsmiləşdirilmişdir.

Səfər  zamanı  rektor  EDUCARE  təşkilatının rəsmisi  ilə  görüşündə  təşkilatın  fəaliyyəti  və  görülən işlərlə yaxından tanış olmuş, Azərbaycanın təhsil sistemi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun fəaliyyəti və təhsil layihələri barədə söhbət aparmış, birgə görülməsi mümkün olan işlər müzakirə edilmişdir. A.Zamanov Sinqapurun Bedok South Secondary School, İnstitute of Technical Education və Nanyang Technological University kimi orta və ali təhsil müəssisələrində olmuşdur.  Həmin  təşkilatların  rəhbərləri  ilə  keçirilən  görüşlərdə  bu  təhsil  müəssisələrinin  iş  prinsipi,  tədrisin  təşkili,  mütəxəssis  hazırlığının  mexanizmi, maddi-texniki bazası və kadr seçimi haqqında ətraflı məlumat alaraq yüksək səviyyədə təchiz edilmiş auditoriya və elmi laboratoriyalarla yaxından tanış olmuşdur. İnstitute of Technical Education-ın direktor müavini  Dr.Vaidyanathan  Kripesh  İTE-nin fəaliyyəti  haqqında  geniş  məlumat  vermiş,  hazırlanan yüksək  səviyyəli  mütəxəssis  və  kadrlara  Sinqapurda olduqca böyük tələbat olduğunu qeyd etmişdir. Görüşün sonunda İTE-nin direktor müavini professor Asəf  Zamanova  bu  təhsil  müəssisəsinin  materiallarından  ibarət  nəşrləri  hədiyyə  etmişdir.

Səfər zamanı rektor A.Zamanovun EDUCARE şirkətinin baş icraçı direktoru Mayk Tirumanla görüşü də əhəmiyyətli olmuşdur. M.Tiruman Bakıya səfərini və BPKİYİ-də keçirilən görüşü xatırlayaraq, yaranan bu ikitərəfli əməkdaşlıqdan məmnunluğunu bildirmişdir. O, həmçinin, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün BPKİYİ-də də Tatarıstanda EDUCARE şirkəti tərəfindən həyata keçirilən eyni məqsədli layihənin tətbiqinin uğurlu nəticələr verəcəyinə əminliyini bildirmişdir. Görüş sonrası A.Zamanov M.Tirumana "Beynəlxalq əməkdaşlığın uğurları (2008-2013-cü illər)" kitabını, həmçinin Azərbaycanla bağlı milli dəyərləri əks etdirən hədiyyələr təqdim etmişdir.

Rektor Asəf Zamanovun həmçinin EDUCARE təşkilatının Tatarıstanla bağlı təhsil layihəsinin rəhbəri ilə görüşü olmuş, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda müəllimlərin ixtisasartırmasının həyata keçirilmə mexanizmi və EDUCARE təşkilatının təhsil layihələri barədə geniş müzakirə aparılmışdır.

Qeyd etmək yerinə düşər ki, institutun beynəlxalq əlaqələrinin inkişafında Təhsil Nazirliyinin rolu danılmazdır.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov