Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

İnternat məktəbində bayram şənliyi

 

Böyütmək üçün seçinDekabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri və 30-dan çox media qurumunun təmsilçisi iştirak edib.

Şənlikdə məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub. Məktəblilərin xor və rəqs qruplarının çıxışları maraqla qarşılanıb.

Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən internat məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub.

Media nümayəndələri və qonaqlar fənn kabinetlərinə, emalatxanalara baxıb, şagirdlər üçün yaradılmış tədris və məişət şəraiti ilə yaxından tanış olublar. Şagirdlərin əl işlərindən ibarət nümunələr xüsusi maraq doğurub.

Qonaqlar şagirdlərlə birgə nahar ediblər. Məlumat verilib ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb.

Təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb, kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və "Loqopedik albom" çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib.

1979-cu ildə fəaliyyətə başlayan məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq yeni tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması, geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitqi qüsurlu olan 173 nəfər uşaq təlim-tərbiyə alır. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov