Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Serbiyanın sabiq Prezidenti "ADA" Universitetində mühazirə oxuyub

 

Serbiyanın sabiq Prezidenti Boris Tadiç "ADA" Universitetində tələbələr, inzibati heyət və professorlarla görüşüb. 

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, sabiq Prezident "Berlin divarının sökülməsindən 25 il sonra qlobal siyasətdə baş verən dəyişikliklər" mövzusunda mühazirə oxuyub.

"ADA" Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bu tədbirin ali təhsil müəssisəsində yeni yaradılmış Avropa İttifaqı Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunduğunu söyləyib. Rektor müzakirələr zamanı Serbiyanın Avratlantik inteqrasiyaya gedən yolda gördüyü işlərdən danışıb. "ADA"-nın tarixi haqqında məlumat verən Hafiz Paşayev hazırda universitetdə müxtəlif ölkələrdən 61 beynəlxalq tələbənin təhsil aldığını söyləyib. 

Boris Tadiç çıxışı zamanı hazırda beynəlxalq aləmdə müxtəlif güclər arasında mövcud münasibətlərin bütün dünyanı real təhlükə ilə üz-üzə qoyduğunu, "Vahid Avropa" yaradılması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş sual-cavabla və müzakirələrlə davam edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov