Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən
Bakıdakı 276 nömrəli tam orta məktəbdə rayon orta
ümumtəhsil məktəblilərinin, peşə liseyləri və orta
ixtisas təhsili müəssisələrinin şagird və tələbələri
arasında ümummilli lider Heydər Əliyevin anım gününə
həsr olunmuş şahmat birinciliyi keçirilib.
Birincilikdə hər birində 6 nəfər (4 oğlan, 2 qız)
olmaqla 15 komanda iştirak edib. Yarışın nəticələrinə
görə 115 nömrəli tam orta məktəbin komandası I, 246
nömrəli məktəb-liseyin komandası II, 135 nömrəli tam
orta məktəbin komandası III yerə layiq görülüb. |