Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı
Komitəsi (THİK) və idman klubunun birgə təşkilatçılığı
ilə universitetin 95 illiyinə həsr olunmuş idman
dərəcəli tələbələr arasında şəxsi birincilik yarışları
üzrə turnirin açılışı olub.
Açılış mərasimində THİK-in sədri və komitə əməkdaşları,
idman klubunun müdiri, məşqçiləri və şahmat üzrə BDU-nun
idman dərəcəli tələbələri iştirak ediblər. Tədbirdə
ölkəmizdə idmana göstərilən qayğıdan və BDU-da
tələbələrin müxtəlif idman növləri üzrə məşğul olmasını
təmin etmək üçün yaradılan şəraitdən söz açılıb.
Qeyd edək ki, BDU-nun 95 illik yubileyinə həsr olunmuş
turnir bir həftə davam edəcək. Sonda tələbələr BDU THİK
tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.
Rəşid MUSTAFAZADƏ |