Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Təlim-seminar proqramının açılış mərasimi

 

Böyütmək üçün seçin Dekabrın 17-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Paris Sorbonna Abu - Dabi Universiteti arasında baş tutan əməkdaşlıq nəticəsində fəaliyyətə başlayan intensiv təlim - seminar proqramının açılış mərasimi keçirildi. Tədbirdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Packal Mönye, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, təlim iştirakçıları və o cümlədən, KİV nümayəndələri iştirak edirdi.

Qeyd edək ki, 17-21 dekabr tarixlərində keçiriləcək intensiv təlim proqramında direktor, direktor müavinləri və digər təhsil işçiləri iştirak edəcək. Seminarın məqsədi təhsil işçilərinə qabaqcıl təlim sistemini tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir.

Tədbiri Paris Sorbonna Universitetinin postsovet ölkələri üzrə müşaviri İmran Muxtarov giriş sözü ilə açaraq qonaqları, təlim iştirakçılarını salamlamış və təlimin mahiyyəti barədə qısa məlumat verdi.

Mərasimdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Packal Mönye, BŞTİ-nin müdir müavini Məhəbbət Vəliyeva da çıxış edərək təcrübə mübadiləsi baxımından təhsildə bu kimi təlimlərin önəmli yer tutduğunu xüsusilə vurğuladı.

Sonda Paris Sorbonna Abu - Dabi Universitetinin vitse-kansleri Eric Fouachenin təlim iştirakçılarına ünvanladığı məktub oxundu. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov