Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Ali məktəblərin məsul əməkdaşları Türkiyə universitetlərində stajkeçmədə olublar

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn tədbirlər planına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən sistemli tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri də ali təhsil müəssisələrində məsul vəzifələrdə çalışan əməkdaşların ixtisasının artırılması ilə bağlıdır.

Bu məqsədlə Azərbaycan Respublikasının bəzi regionları da daxil olmaqla 15 dövlət ali təhsil müəssisəsinin məsul əməkdaşları qardaş Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərinə stajkeçmə üçün ezam olunub. Sumqayıt Dövlət Universitetini bu layihədə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor Qafar Nəriman oğlu  Atayev təmsil edib.

Qafar Atayev bildirib ki, layihənin əsas məqsədi Türkiyə Respublikasının təcrübəsindən istifadə etməklə ölkəmizdə təhsilin daha  yaxşı idarə olunmasının üsul və metodlarını öyrənmək idi. Proqramın nəzəri hissəsi Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE), praktik hissəsi isə Türkiyənin müxtəlif universitetlərində - TODAİE, Anadolu, Ankara, Qazi, Hacettepe, ODT (Yaxın Şərq Texniki), Bilkent və s. universitetlərində keçirilib.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov