Dekabrın
16-da Anadolu Universitetinin rektoru, professor Naci
Gündoğan Azərbaycan Dövlət İqtisad Universitetində
(ADİU) olub.
ADİU-nun rektoru, professor Ədalət Muradov qonaqla
görüşüb. Rektorlar iki universitet arasında gələcək
əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ali təhsil
ocağında tədrisin keyfiyyətinin daha da artırılması,
ADİU əməkdaşlarının Anadolu Universitetində elmi təcrübə
keçməsi və araşdırmaların aparılması, eyni zamanda dərs
proqramları, birgə distant təhsil və ortaq dərslik
proqramlarının hazırlanması barədə razılıq əldə olunub.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
|