Azərbaycan məktəblilərinin 47-ci Beynəlxalq Kimya
Olimpiadasında uğurlu çıxışının təmin edilməsi üçün
milli komandada təmsil olunacaq namizədlərin seçilməsini
mütəşəkkil qaydada aparmaq məqsədi ilə "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
8.14-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında
çıxış edəcək milli komandaya namizədlərin seçilməsi
Qaydaları"təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri, Təhsil Nazirliyinin tabeliyində olan
ümumi təhsil müəssisələrinin direktorları bu Qaydalardan
irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.
3. İqtisadiyyat şöbəsi (R.Orucov) seçim turlarının
keçirilməsi ilə əlaqədar və digər xərclərin smetasını
hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim
etsin.
4. Təşkilat Komitəsinin fəaliyyətinin və nəzərdə tutulan
tədbirlərin yerinə yetirilməsinin koordinasiyası nazirin
müşaviri H.Əliyevə həvalə edilsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur
qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet
saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
15 dekabr 2014-cü il
Əlavə:
Məktəblilərin 47-ci Beynəlxalq
Kimya Olimpiadasında çıxış edəcək milli komandaya
namizədlərin seçilməsi Qaydaları |