Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Rəsmi xronika

 

* Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15-16  dekabr tarixlərində Sabirabad rayonunda  səfərdə olub.  Dövlət başçısı  rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak edib.

* Prezident  İlham Əliyev dekabrın 15-də Malta Respublikasının Baş naziri Cosef  Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* Dekabrın 15-də  dövlət başçısı İlham Əliyev Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafının regional əməkdaşlıq baxımından önəmini qeyd edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Serbiya Respublikasının parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələrimiz arasında nəqliyyat, investisiya qoyuluşu, energetika və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıılıb.

* Dövlət başçısı İlham Əliyev 11 dekabr 2014-cü il tarixli fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsini təsdiq edib. Həmin fərmanla  ölkə Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında" 2003-cü il 4 yanvar tarixli 837 nömrəli fərmanı ləğv edilib.

* Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

* Ölkə başçısı   İlham Əliyev dekabrın 12-də Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya Bint Al Hüseyni qəbul edib. Görüşdə Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının illik iclasının Bakıda keçirilməsinin önəmi qeyd olunub, ölkəmizdə idmana, o cümlədən atçılıq idman növünün inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən məmnunluq ifadə edilib, Azərbaycanda müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.

* Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar mədəniyyət abidələrinin hazırlığı ilə tanışlıq məqsədilə dekabrın 17-də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda olub. Burada görülən işlərdən razılığını bildirən Mehriban Əliyeva tövsiyələrini verib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov