Bakı şəhəri 123 nömrəli tam orta məktəbdə Bakı-Türk
Anadolu liseyinin müəllimləri ilə görüş keçirilib.
Qeyd edək ki, məktəbin həyətyanı ərazisində 1918-ci il
soyqırımı zamanı xalqımızın köməyinə gəlmiş və günahsız
azərbaycanlıları qətlə yetirən erməni-daşnak
birləşmələrinə qarşı Nuru paşanın komandanlığı altında
qəhrəmanlıqla vuruşmuş türk əsgərlərindən ikisinin
məzarı var. Azərbaycan üçün canlarından keçən hər iki
əsgərin məzarı üzərində xatirə abidəsi ucaldılıb. Görüş
iştirakçıları əvvəlcə həmin türk əsgərinin məzarını
ziyarət ediblər.
Görüşdə liseyin baş öyrətməni Mustafa Selim Cıcık,
müdir yardımçısı Tuncay Alkiraz, psixoloq Selcuq Solaq,
həmçinin 123 nömrəli tam orta məktəbin direktoru Səba
Həsənova, təşkilatçı Gülnarə Əzimova və başqaları çıxış
edərək Azərbaycan-Türkiyə dostluğunun dərin tarixi
köklərə malik olmasından, bu dostluğun hər iki qardaş
ölkənin inkişafına verdiyi töhfələrdən söz açıblar.
Zülfiyyə NİFTALİYEVA,
123 nömrəli tam orta məktəbin uşaq
birliyi təşkilatının rəhbəri və tarix müəllimi |