Bakıdakı 228 nömrəli tam orta məktəbdə "Açıq qapı"
günü keçirilib. Məktəbin pedaqoji kollektivi və
inzibati heyəti tərəfindən valideynlərin təklifləri
dinlənilib, məktəbdə son vaxtlar baş verən
dəyişikliklər barədə onlara məlumat verilib.
"Açıq qapı" günündə məktəbdə müxtəlif layihə və
müraciətlərə baxılıb. Valideynlər dərslərdə iştirak
etməyi, dərs prosesini izləməyi, məktəblilər üçün
müxtəlif ekskursiyaların təşkil olunması barədə məktəb
rəhbərliyinə müraciət ediblər.
Məktəbin direktoru Azər Ələkbərov bütün müraciətlərə
baxılacağını, ənənəyə sadiq qalaraq hər ayın son cümə
günü "Açıq qapı" günü təşkil edilərək valideynlərin
təklif və iradlarının dinləniləcəyini vurğulayıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |