Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Reproduktiv sağlamlıqla bağlı uşaq və gənclər arasında tədris və maarifləndirmə proqramı

 

Böyütmək üçün seçin8-10 dekabr 2014-cü il tarixlərində Azərbaycan  Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar  Mərkəzində Azərbaycan Dövlət  Pedaqoji Universiteti, Bakı Pedaqoji Kadrların  İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun və Təhsil Problemləri  İnstitutunun əməkdaşları  üçün reproduktiv sağlamlıqla bağlı təlim kursları keçirildi.

Təlim kurslarının yekununa həsr olunan  tədbirdə Təhsil Nazirliyinin  baş məsləhətçisi  Elnur Əlizadə bu təlimin əhəmiyyəti barədə geniş məlumat verdi.  Qeyd etdi ki, bu təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasına, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.  Bu tədbirlər çərçivəsində  reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işinin davamlı aparılmasının  vacib olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin  İctimai  Səhiyyə və İslahatlar  Mərkəzi və "Ümidli Gələcək"  Gənclər Təşkilatı oktyabr ayından etibarən xüsusi tədris və maarifləndirmə proqramını həyata  keçirir.

Təlimin gedişində Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov, Afət Məmmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova və "Ümidli Gələcək" Gənclər Təşkilatının icraçı direktoru  Kəmalə Aşumova  mövzularla  bağlı  çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, yeniyetməlik dövründə qazanılan müsbət vərdişlər  gələcəkdə yarana biləcək müxtəlif xəstəliklərdən sığortalanmağa xidmət edir. Xüsusilə vurğulandı ki, yalnız üç sahənin mütəxəssislərinin -həkimlərin, psixoloqların və müəllimlərin birgə səyi nəticəsində bu mühüm problemin  həllinə nail olmaq mümkündür.

Tədbirdə dinləyici kimi iştirak  edən  Azərbaycan Dövlət Pedaqoji Universitetinin  biologiyanın tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva çıxışında  bildirdi ki, üç günlük təlim çox yüksək səviyyədə keçirildi. Bu gün reproduktiv  sağlamlığın qorunması cəmiyyətimizin ən aktual problemlərindəndir.

Tədbirdə Təhsil Nazirliyinin  əməkdaşı Elnur Əlizadə təlim kursunu uğurla başa çatdırmış 55  nəfər təhsil işçisinə  sertifikatlar təqdim etdi. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov