Bu gün çağdaş təhsil sistemimizin qarşısında duran ən
ümdə vəzifələrdən biri - ümummilli liderimiz Heydər
Əliyevin tarixi xidmətləri, onun miras qoyduğu irsin
təbliği və müasir gəncliyin bu ruhda tərbiyə
olunmasıdır.
Bu baxımdan bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev
Mərkəzlərinin müstəsna rolu vardır. 2009-cu ildə
Şamaxıda inşa edilmiş Heydər Əliyev Mərkəzində dahi
rəhbərin genişmiqyaslı siyasi və dövlətçilik
fəaliyyətini əks etdirən 600-dən çox eksponatdan ibarət
muzeyi, multimedia, foto, rəsm dərnəkləri, elektron
kitabxana, kompüter, konfrans və kino zalları məhz bu
məqsədə xidmət edir.
2014-cü ilin noyabr ayından XI sinif şagirdlərinə
dərsdənkənar vaxtlarda dərs demək üçün 10 nəfər qabaqcıl
tarix müəllimi cəlb edilmiş, xüsusi seminarda tövsiyə
və tapşırıqlar verilərək keçilən mövzular barədə fikir
mübadiləsi aparılmışdır.
Mərkəzin konfrans zalında ilkin olaraq Şamaxı Avropa
liseyi, THT liseyi, şəhər 1, 2 nömrəli tam orta
məktəblərinin 200 nəfərə yaxın XI sinif şagirdinə
mütəşəkkil şəkildə dərslər keçilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərsdə şəhər
3 nömrəli, İnşaatçı qəsəbə və Əngəxaran kənd tam orta
məktəblərinin şagirdləri iştirak etmişlər. Onlar öncə
ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə tər
çiçəklər qoymuş, sonra Mərkəzdə stend, fotoşəkillər və
digər materiallarla tanış olmuşlar.
Əngəxaran kənd tam orta məktəbinin qabaqcıl tarix
müəllimi Cavid İslamov dərs prosesində ulu öndər Heydər
Əliyevin öz xalqı qarşısında misilsiz tarixi xidmətləri,
xüsusilə Azərbaycanın dövlət müstəqilliyi və quruculuğu
sahəsindəki gərgin fəaliyyəti barədə şagirdlərə geniş
məlumat verib.
Diqqətə çatdırılıb ki, məhz ulu öndərin böyük
uzaqgörənliklə işləyib-hazırladığı sosial-iqtisadi
strategiya sayəsində bu gün Azərbaycan dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli
dövlətinə çevrilib.
Böyük maraqla qarşılanan dərsdə şagirdlərin sualları
ətraflı şəkildə cavablandırılıb və 2 akademik saatda
eyni zamanda monitor, proyektor və slaydlardan istifadə
edilib.
Ədalət MƏMMƏDOV,
Şamaxı RTŞ Metodkabinetinin müdiri |