Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

"Müstəqil Azərbaycan tarixi" mövzusunda dərslər davam edir

 

Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha dərindən öyrənilməsi məqsədilə "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının  təminatçısıdır" mövzuları üzrə dərslərin Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunması ilə bağlı Təhsil Nazirliyinin tövsiyələri Sumqayıt şəhər təhsil işçiləri tərəfindən böyük razılıqla qarşılanmışdır. Sumqayıt Şəhər Təhsil Şöbəsində  tövsiyələrə uyğun olaraq dərslərin cari ilin noyabr - may aylarında  keçirilməsi qrafiki  hazırlanaraq təsdiq edilmiş, növbətçilik qrafiki tərtib edilmişdir. Şəhərin nüfuzlu və hazırlıqlı  tarix müəllimləri   müəyyən edilmiş, onlarla seminar - müşavirə keçirilmişdir. 2014-2015-ci tədris ilinin noyabr-may aylarında keçiriləcək bu dərslərdə şəhərin bütün  tam orta məktəbləri ilə yanaşı Sumqayıtda məskunlaşmış məcburi köçkün məktəblərinin də XI sinif şagirdləri  iştirak edir.

İl ərzində (noyabr-may ayları) şəhərin 48 və şəhərdə məskunlaşmış 48 məcburi köçkün məktəblərinin (bütövlükdə 3454 şagird) 11-ci sinif şagirdləri bu dərslərdə iştirak edəcəklər.

  Noyabr ayı ərzində Heydər Əliyev Mərkəzində şəhər məktəblərinin 1000 nəfərdən çox XI sinif şagirdi "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda dərslərdə iştirak etmişdir. Dərslər şəhərin qabaqcıl tarix müəllimləri tərəfindən həftədə 5 gün iki akademik saat ərzində tədris edilir. Dərslərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin XX əsrdə xalqımızın ən böyük nailiyyəti olması, ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi, bunun Milli Qurtuluş Günü  kimi bayram edilməsi, "Əsrin müqaviləsi"nin imzalanmasının ölkədə iqtisadi dirçəlişin  əsası olması, ulu öndərin hüquqi və demokratik dövlət quruculuğunu həyata keçirməsi, ordu quruculuğu, xarici siyasətdə uğurlar, müxtəlif sahələrdə islahatlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun layiqli davamçısı olması və başqa məsələlər konkret faktlar əsasında şagirdlərə  çatdırılır.  

Kəmayıl NAMAZOV,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov