Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

"Korrupsiya anlayışı və onun neqativ nəticələri" mövzusunda növbəti maarifləndirici dərs

 

Korrupsiyaya qarşı  Mübarizə Fondunun təşəbbüsü ilə keçirilən növbəti maarifləndirici dərs dekabrın 9-da Bakıdakı A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə oldu. Özünün artıq  məktəbdə 2-ci dərsini  reallaşdıran fondun budəfəki mövzusu "Korrupsiya anlayışı və onun neqativ nəticələri" adlanırdı. Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə təsadüf edən dərsdə məktəbin 9,10, 11-ci sinif şagirdləri iştirak edirdilər.

Korrupsiyaya qarşı  Mübarizə Fondunun icraçı direktoru Vasif  Mövsümov şagirdlər qarşısında çıxış edərək  fondun həyata keçirdiyi  layihə çərçivəsində təşkil olunan dərslər barədə məlumat verdi. Qeyd olundu ki,  orta məktəb şagirdləri arasında  antikorrupsion dərslər keçməklə məktəbliləri korrupsiya kimi sosial bəla ilə tanış etmək, onlarda korrupsiyaya  qarşı müqavimət üsulları barədə anlayışı və ona cəmiyyətdə dözülməz  münasibəti formalaşdırmaq  fondun qarşıya qoyduğu əsas məqsədlərdən biridir.

Korrupsiyaya qarşı  Mübarizə Fondunun hüquqşünası  Nəzirməmməd Qaramanlı sagirdlərə korrupsiyaya qarşı mübarizədə fəallıq göstərməyi tövsiyə etdi,  öz hüquqlarını bilmələrinin vacibliyindən danışdı.

Debat şəklində keçən dərsdə şagirdlərdən Şamil Əhmədov, Qumral Ağabalayeva, Gündüz Osmanlı və başqaları  korrupsiyaya qarşı mübarizə ilə bağlı öz fikir və mülahizələrini bildirərək onun aradan qaldırılması istiqamətində bir sıra təkliflər irəli sürdülər.

Korrupsiyaya qarşı  Mübarizə Fondunun nümayəndələrinin,  KİV təmsilçilərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Samir Həmidovun  iştirakı ilə keçirilən dərs geniş diskussiya və fikir mübadiləsi şəraitində başa çatdı.

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov