"Sənaye ili" çərçivəsində Azərbaycan Dövlət İqtisad
Universitetində keçirilən "Sənaye və tələbə" layihəsi
yekunlaşıb. Dörd mərhələdən ibarət müsabiqənin qalibi
Biznes inzibatçılığı fakültəsi olub. Qalib komandaya
diplom və 500 manat pul mükafatı təqdim edilib.
Qeyd edək ki, biznes inzibatçılığı fakültəsinin layihəsi
7-ci qrant müsabiqəsi çərçivəsində Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fonduna
təqdim olunacaq.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |