Bu mərhələyə müsabiqədə iştirak üçün ərizə vermiş 296
müəllim arasından seçilmiş 131 müəllim buraxılıb.
Seçilmiş müəllimlər Bakının 41 məktəbində sınaq-nümunə
dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə
komissiyası hər bir müəllimin tədris bacarığını 10
ballıq sistemlə qiymətləndirib.
Üçüncü mərhələdə həmin müəllimlər Təhsil Nazirliyində
yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış
edəcəklər. Bu təqdimat da 10 ballıq sistemlə
qiymətləndiriləcək. Yekunda bütün mərhələlər üzrə ballar
toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin
qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar
Respublikasında da həyata keçirilir. Burada seçilmiş 5
ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə
ediləcək və beləliklə, 2014-cü il üzrə 100 qalib
müəyyənləşdiriləcək.
Xatırladaq ki, müsabiqə Azərbaycan Respublikası
Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı
müəllim mükafatlarının təsis edilməsi haqqında"
sərəncamına uyğun olaraq, "2013-2014-cü dərs ilinin
nəticələrinə görə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında"
təhsil nazirinin əmrinə əsasən keçirilir. Müsabiqələrin
keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar
kollegial qərarların qəbul olunmasını təmin etmək üçün
təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi
ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində
nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri
təmsil olunur. |