Dekabrın 11-də Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutunda ulu öndər Heydər Əliyevin anım
günü münasibətilə tədbir keçirilib.
Toplantı iştirakçıları ilk öncə ulu
öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla
yad ediblər. Tədbiri giriş sözü ilə institutun direktoru
Qulu Novruzov açaraq ümummilli lider Heydər Əliyevin
müasir Azərbaycan dövlətinin qurulması istiqamətində
atdığı uğurlu addımlardan bəhs edib. İnstitutun
direktoru ulu öndərin müdrik siyasətə, dönməz əqidəyə və
tarixi uzaqgörənliyə malik bir şəxsiyyət olduğunu bir
daha xüsusi olaraq vurğulayıb. Heydər Əliyevin bütün
sahələrdə olduğu kimi elm, təhsil və mədəniyyət
sahələrinin inkişafında da göstərdiyi əvəzolunmaz
xidmətlərindən və dövlət quruculuğu sahəsində gördüyü
genişmiqyaslı işlərdən danışıb. Çıxışında Azərbaycan
xalqının həqiqətən də xoşbəxt xalq olduğunu vurğulayaraq
bildirib ki, ulu öndərin siyasi kursu möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Tədbirdə Təhsil Problemləri İnstitutunun digər
əməkdaşları da ulu öndər Heydər Əliyevin Azərbaycan
üçün gördüyü böyük işlərə, titanik fəaliyyətinə işıq
salıblar. Çıxışçılar ümummilli lider Heydər Əliyev
siyasətinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini bildiriblər.
Tədbirdə TPİ-nin direktor müavinləri, elmi
məsləhətçilər, professor-müəllim heyəti, doktorant və
dissertantlar iştirak ediblər.
TPİ-nin Beynəlxalq
əməkdaşlıq və informasiya şöbəsi |