Dekabrın 11-də Azərbaycan Dövlət İqtisad
Universitetində ümummilli lider Heydər Əliyevin anım
gününə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək,
xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını
ziyarət ediblər, ulu öndərin məzarı önünə əklil qoyublar.
Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın əziz xatirəsi yad edilib və məzarı
önünə gül dəstələri düzülüb.
Anım mərasimi ADİU-nun Heydər Əliyev Mərkəzində davam
etdirilib. Tədbirdə ilk öncə ulu öndərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Sonra universitetin rektoru, professor Ədalət Muradov
tədbirdə çıxış edərək, görkəmli dövlət xadimi Heydər
Əliyevin həyat və fəaliyyəti, dövlət müstəqilliyinin
qorunub saxlanması və möhkəmlənməsində əvəzolunmaz
xidmətləri, ölkəmizə qazandırdığı nailiyyətlər haqqında
geniş məlumat verib. Rektor bildirib ki, ümummilli
liderimizin xalqın birliyi yolunda göstərdiyi fəaliyyəti
hər bir soydaşımız üçün nümunədir. Hələ ötən əsrin 70-ci
illərində bu böyük şəxsiyyət təhsil sistemində müsbət
dəyişikliklər etdi. Minlərlə gəncimiz ayrı-ayrı
ölkələrdə təhsil almağa göndərildi. Bu gənclər bilikli
və istedadlı kadrlar kimi Azərbaycana yeni quruculuq
nəfəsi gətirdilər. Bu gün ulu öndərin siyasi kursu
uğurla davam etdirilir, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil
işçilərinə diqqət və qayğısı nəticəsində təhsilimiz daha
da inkişaf edir, Azərbaycanın gələcək uğur modelinin
əsasını formalaşdırır.
Sonra universitetin professoru Arif Şəkərəliyev məruzə
ilə çıxış edərək, Azərbaycan iqtisadiyyatının, elm,
təhsil və mədəniyyətinin inkişafında, ölkəmizin dünya
birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz
xidmətlərinı vurğulayıb, Azərbaycanın bu günü və
gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının
əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən digər iştirakçılar müstəqil
Azərbaycan dövlətinin yaranmasında, inkişafında və
dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin
əvəzsiz rolundan söz açıblar.
Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunan film
nümayiş etdirilib. |