Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçilərinin iştirakı ilə iclas keçirilib

 

Dekabrın 5-də Təhsil Nazirliyində Nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçilərinin iştirakı ilə iclas keçirilib.

İclasda son bir ildə ümumi təhsil sahəsində görülən işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə söz açan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin idarə olunması, maddi-texniki və kadr təminatı, tədris prosesinin əlaqələndirilməsi işində əhəmiyyətli dəyişikliklərin baş verdiyinə diqqət yetirərək, bu müsbət dinamikanın saxlanılması və islahatların davam etdirilməsinin vacibliyini qeyd edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi və cari fəaliyyətinə Təhsil Nazirliyinin dəstəyinin daha da artırılması məqsədi ilə  nazirin əmri ilə İdarəyə birbaşa rəhbərliyin həyata keçirilməsi təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.

Təhsil nazirinin digər əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov