"Azərbaycan
Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı" ("BakuTel 2014")
çərçivəsində dekabrın 4-də AMEA İnformasiya
Texnologiyaları İnstitutunda "Elektron dövlət quruculuğu
problemləri" I respublika elmi-praktik kon-fransı
keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə elektron
dövlət quruculuğu problemlərinə həsr olunan bu konfransı
Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi
qiymətləndirib.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov
Azərbaycanda e-dövlətin formalaşdırılması çərçivəsində
rəhbərlik etdiyi qurumda görülən işlər, e-xidmətlərin
təşkili haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə
e-dövlət quruculuğu ilə bağlı təhsil sisteminin üzərinə
böyük vəzifələr düşür. M.Cabbarov ölkəmizdə təhsilin
informasiyalaşdırılması, e-təhsil sisteminin qurulması
sahəsində əldə edilən uğurları və növbəti mərhələdə bu
istiqamətdə həyata keçiriləcək tədbirləri konfrans
iştirakçılarının diqqətinə çatdırıb.
Sonra konfrans işini üç paralel bölmə iclasında davam
etdirib. İclaslarda e-dövlətin intellektuallaşdırılması
konsepsiyası, e-dövlətin formalaşdırılması
layihələrinin idarə edilməsi, e-dövlət mühitində
vətəndaş - dövlət münasibətlərinin tənzimlənməsi,
vikinomika konsepsiyasının elektron dövlət
idarəçiliyində tətbiqi, e-dövlətdə informasiya
müharibəsi modelləri, e-dövlət quruculuğunda bulud
texnologiyalarının imkanları və digər mövzularda
məruzələr təqdim olunub.
AzərTAc |