"Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019
nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Təhsil Nazirliyinin mərkəzi aparatına və sisteminə daxil
olan işçilərin vəzifə nomenklaturasının siyahısı"nın
2.5-ci bəndinin üçüncü abzası aşağıdakı redaksiyada
verilsin:
"Respublika tabeli ümumtəhsil məktəbinin (internat,
lisey, gimnaziya və s.) direktoru, direktor müavinləri
(təsərrüfat işləri üzrə direktor müavini istisna olmaqla);".
2. Respublika tabeli ümumtəhsil məktəbinin təsərrüfat
işləri üzrə direktor müavini ilə əmək münasibətlərinin
tənzimlənməsi təhsil müəssisəsinin direktoru tərəfindən
həyata keçirilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını, rəsmi internet
səhifəsində yerləşdirilməsini və yerli təhsili idarəetmə
orqanlarına göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev)
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
24 noyabr 2014-cü il |