Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə
Qran-pri turnirinə yekun vurulub. Yarışa 8 idmançı ilə
qatılan Azərbaycan yığması vətənə 1 gümüş və 2 bürünc
medalla qayıdıb. Belə ki, cüdoçularımızdan ən yaxşı
nəticəni Məhəmmədəli Mehdiyev göstərib. 90 kq çəki
dərəcəsində mübarizə aparan həmyerlimiz İspaniya və
Cənubi Koreya idmançısına qalib gələrək finala yüksəlsə
də burada ev sahiblərinin digər təmsilçisinə uduzub.
Onunla eyni çəkidə yarışan Ramin Qurbanov 3-cü yeri
tutub. Komanda yoldaşından fərqli, 1/16 final
mərhələsindən döyüşə başlayan Dünya Kubokunun gümüş
medalçısı İsveçrə, Ukrayna, Cənubi Koreya cüdoçularına
qalib gəlib. Lakin Mehdiyevin çempion olmasına imkan
verməyən Donq Han Qvak daha öncə - yarımfinalda
Qurbanovun da çempionluğa gedən yolunu bağlayıb. Buna
baxmayaraq, idmançımız 3-cü yer uğrunda qarşılaşmada
ispaniyalı rəqibindən üstün olaraq fəxri kürsüdə yer
almağı bacarıb.
Millimizin digər bürünc medalı isə Rüstəm Orucovun (73
kq) aktivindədir. Cüdoçularımız Rusiya və ABŞ
cüdoçularına qalib gəlsə də, ardınca israilli idmançıya
uduzub. Lakin o, 3-cü yer uğrunda döyüşdə daha təcrübəli
olan qazaxıstanlı Odbayar Qanbaatarı üstələyib.
Digər cüdoçularımızdan Orxan Səfərov (60 kq) 5-ci,
Uşanqi Kokauri (100) 7-ci olub. Yığmamız bu nəticəyə
əsasən komanda hesabında 42 ölkə arasında 8-ci yeri
tutub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |