Noyabrın
26-da Respublika Şahmat Mərkəzində Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi
tərəfindən paytaxt məktəbliləri arasında XXVII
spartakiadanın proqramına daxil olan şahmat növü üzrə
yarışın final mərhələsi keçirilmişdir. Yarışda 11 rayon
komandası tərkibində 66 nəfər (onlardan 22 nəfəri
qızdır) iştirak edib.
Yarışın nəticəsinə görə I yeri Səbail rayonu 160 nömrəli
klassik gimnaziyanın komandası, II yeri Xəzər rayonu 181
nömrəli tam orta məktəbin komandası, III yeri Nəsimi
rayonu 5 nömrəli tam orta məktəbin komandası, IV yeri
Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, V
yeri Sabunçu rayonu 72 nömrəli tam orta məktəbin
komandası, VI yeri Nərimanov rayonu Məktəb-Lisey
Kompleksinin komandası, VII yeri Suraxanı rayonu 87
nömrəli tam orta məktəbin komandası, VIII yeri Yasamal
rayonu Bakı Avropa Liseyinin komandası, IX yeri Qaradağ
rayonu 106 nömrəli tam orta məktəbin komandası, X yeri
Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin komandası
və XI yeri Nizami rayonu 145 nömrəli tam orta məktəbin
komandası tutub.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman
Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın
baş hakiminin müavini Salman Əbdülov, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin məsul əməkdaşı, XXVII spartakiadanın
baş katibi Valentina Sultanova və yarışların baş
hakimi Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara
gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən
müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə
təltif olunublar. |