Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Boksçularımız Serbiyada 8 medal qazanıblar

 

Serbiyanın Vryaçka Banya şəhərində yeniyetmə və gənclər arasında sayca 57-ci dəfə keçirilən "Golden Glove" beynəlxalq boks turnirinə yekun vurulub. Azərbaycan Boks Federasiyasının məlumatına görə, milli komandamız yarışda 9 boksçu ilə təmsil olunub.

Turnirdə 10 ölkənin 54 idmançısı mübarizə aparıb. Yığmamız Serbiyada 3 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olub. Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) finalda Ukrayna nümayəndəsi İvan İyuxta üzərində qələbə qazanaraq 1-ci yerə layiq görülüb. Superağır çəki dərəcəsində çıxış edən Kamran Mehdiyev serbiyalı Milutin Stankoviçi məğlub edib. Valeh Ramazanov isə (64 kq) finalda rusiyalı Eduard Xusainovdan üstün olub - 2:1. Rüfət Hüseynov (49 kq) həlledici görüşdə rusiyalı Bator Saqaluyevə, Elnur Şəfiyev (52 kq) rusiyalı Vyaçeslav Taşkarakova, Elvin Qəmbərov (81 kq) isə Rusiyanın digər təmsilçisi Pavel Salıginə uduzub. Fərid Ağamoğlanov (56 kq) və Roman Zakirov (69 kq) 3-cü yerlə kifayətləniblər. Qaliblərə diplom və medallar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov