Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Cüdoçularımız beynəlxalq turnirdə komanda hesabında ikinci olub

 

"Təhsil" Respublika İdman Mərkəzinin yığma komandası Rusiya Federasiyasının Lipetsk şəhərində Lev Larikovun xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turnirində iştirak edib.

Turnirdə 197 cüdoçudan ibarət 24 komanda birincilik uğrunda mübarizə aparıb.

İdmançılarımız yarışda uğurla iştirak ediblər. 16 yaşlı Əliş Yusifov 50 kq, 14 yaşlı Süleyman Yaqubov 90 kq və 16 yaşlı Ayxan Cəfərov 90 kq-dan ağır çəki dərəcəsində turnirin qalibi olublar. 50 kq dərəcəsində Ədilxan Musayev, 55 kq çəki dərəcəsində Pərviz Baxışəliyev ikinci yeri tutublar. 46 kq çəki dərəcəsində isə Ələsgər Əskərov üçüncü yerə layiq görülüb.

Azərbaycan idmançıları beynəlxalq cüdo turnirinin yekunlarına görə ümumi komanda hesabında ikinci yerə çıxıblar. Qaliblərə diplom və medallar təqdim olunub. 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov