Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda
breyn-rinq intellektual yarışları sona çatmaq üzrədir.
Noyabrın 30-da yarışmanın növbəti oyunu keçirilib. "Baku
Crustal Hall"da baş tutan və AzTV kanalı ilə yayımlanan
oyunda noyabr ayı ərzində keçirilən oyunların qalibləri
olan "Bakı Ali Neft Məktəbi", "Sumqayıt", "Romantik" və
"Azərbaycan" komandaları ayın çempionu adı uğrunda
mübarizə aparıblar. Ənənəvi qaydada 2 seçim və 2 final
görüşündən ibarət olan oyunda öncə "Azərbaycan" və
"Romantik" komandaları qarşılaşıblar. "Romantik" qalib
gəlib.
İkinci seçim görüşü "Bakı Ali Neft Məktəbi" və
"Sumqayıt" komandaları arasında olub. Tələbələr böyük
hesabla (5:0) üstün gəliblər.
Final görüşlərində "Romantik" və "Bakı Ali Neft Məktəbi"
komandaları qüvvələrini sınayıblar. "Romantik" ilk
görüşdə 5:0, ikinci görüşdə isə 5:1 hesabı ilə qalib
gələrək noyabr ayının çempionu olub və yarışmanın
finalında oynamaq hüququ qazanıb. Ayın qaliblərinə
mükafat olaraq oyunların sponsoru "Nar Mobile"in data
kartı hədiyyə edilib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |