Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və
əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetinin
(ADPU) rəhbərliyi, müəllim və tələbələri ilə görüşüblər.
ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət
Əliyev görüşü giriş sözü ilə açaraq Bilik Fondunun
nümayəndələrini müəllim və tələbələrə təqdim edib.
Professor Vilayət Əliyev bildirib ki, Bilik Fondunun
universitetlərlə sıx əlaqələr qurması milli təhsil
sistemimizin inkişafına və bütövlükdə cəmiyyətin
maariflənməsinə böyük təkandır. O, təmsil etdiyi ali
təhsil müəssisəsinin Bilik Fondunun layihələrində
yaxından iştirak edəcəyini xüsusi qeyd edib.
Görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov
Fondun yaranması zərurətindən, strukturlarından və
həyata keçirdiyi layihələrdən geniş söz açıb. Qısa
müddət ərzində cəmiyyətin maarifləndirilməsinə xidmət
edən layihələr barədə məlumatlar maraqla qarşılanıb.
Görüşdə Bilik Fondunun fəaliyyətini əks etdirən film
nümayiş etdirilib.
Sonda Bilik Fondunun əməkdaşları tədbir iştirakçılarının
suallarını cavablandırıblar.
Mənsur İBRAHİMLİ,
ADPU-nun Mətbuat və informasiya şöbəsinin müdiri |