Əhməd ŞAHİN
İmam Qəzali, elmini, dünyagörüşünü artırmaq üçün Cürcan
şəhərinə getmişdi. Uzun illər şagirdlik etdi.
Müəlliminin danışdıqlarını dəftərinə köçürdü. Kitablar
əldə etdi. Və bir gün bunları bir dəvəyə yükləyərək yola
düzəldi. Niyyəti Tüs şəhərinə dönmək idi.
Dövr quldurların çöllərdə gəzdiyi bir dövr idi. Hərami
adı verilən bu quldurlar ucsuz-bucaqsız çöllərdə səyahət
edən karvanlara hücum edib soymaqda, heç kimsənin göz
yaşına baxmamaqdadırlar.
İmam Qəzalinin karvanına da hücum çəkdilər.
Hər şeyi yağmalayıb, yolçuların pullarını aldılar...
İmam Qəzali olanlara bir küncdən baxırdı. Axırda sıra
ona da gəldi.
Həramibaşı adlanan quldur rəisi qabağına dikildi.
"Nəyin var, nəyin yoxsa sökül görək" - dedi.
İmam Qəzali çox sakit idi:
"Dünya malı olaraq sadəcə kitablarım və illərcə
müəllimlərimdən öyrəndiklərimi qeyd etdiyim dəftərlərim
var. Heç biri sizə lazım olmaz".
Həramibaşı:
"Pulun yoxmu?"
"Xeyr, pul qazanmaq yerinə elm qazanmağı tövsiyə etdim".
"Bu adamın kitablarını, dəftərlərini alın".
O vaxta qədər sakit duran İmam Qəzali birdən
həyəcanlandı:
"Gözləyin!" - deyə bağırdı. "O kitablar, o dəftərlər
mənim həyatımdır. İllərdir öyrəndiklərimi yazdım,
qeydlər tutdum. Onları alsanız, məhv olaram! Bu qədər
il oxuduqlarım bir işə lazım olmaz. Əməklərim boşa
gedər".
Həramibaşı belə bir süzdü İmam Qəzalini. Sonra
qəhqəhələrlə güldü:
"Sən necə alimsən, övlad" - dedi. Alim dediyin kitabsız,
dəftərsiz də qalsa bilgisiz qalmamalıdır. Kitablarını,
dəftərlərini dəvəyə yükləyəcəyinə başına yükləyib,
beyninə doldurardın!"
Bu məsləhət Qəzalini çox düşündürdü. Ondan sonra
həramibaşının dediyi kimi etdi. Kitablarını dəvələrlə
daşımaq yerinə, ağlına köçürdü. Oxuduğunu adətən başına
qazıyır, heç bir zaman unutmurdu. Beləliklə, dünyanın
sayılı bilginləri arasına qatıldı.
İllər ilə adı unudulmadı.
Türkcədən uyğunlaşdıran:
N.KÖNÜL |