Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

İstərdim ki, hər bir müəllim bu portalla tanış olsun

 

Aytən ZEYNALOVA,
Bakı şəhəri, Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Ulu öndərimizin fikrinə istinad edərək deyə bilərik ki, şagirdlərdə yeni keyfiyyətlərin formalaşmasında təhsilin rolu danılmazdır. Kurikulum təhsili şagirdlərdə əzbərçilik deyil, sərbəst düşünmə, öyrəndiklərini tətbiqetmə bacarığını, məntiqi təfəkkürünü inkişaf etdirir. Bu sadaladıqlarımızın daha yüksək səviyyədə inkişafı üçün tədris resurslarının rolu böyükdür.

Mən bir müəllim kimi hesab edirəm ki, bugünkü təhsilimizin əsas dəstəkçilərindən biri də "oxuyuruq.biz" tədris portalında yerləşdirilən multimedia tədris resurslarıdır. Bu resurslar şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasını təmin edir və həm də dərsin daha maraqlı keçməsinə şərait yaradır. Mən istərdim ki, hər bir Azərbaycan müəllimi bu portalla tanış olsun. Çünki bu portalın təqdim etdiyi resurslar normal tədris mühitinin yaranmasında müəllimin ən yaxın köməkçisi və müvəffəqiyyətin təminatçısıdır. Azərbaycanda yeni kurikulum islahatları həyata keçirilir. İndi məktəblərə yeni innovasiyalı texnologiyalar tətbiq edilir. Bu o deməkdir ki, artıq biz müəllimlər Avropa təhsil sisteminə inteqrasiyanın gücləndiyi bir zamanda bu təcrübələrdən səmərəli istifadə etməliyik. "Oxuyuruq.biz" portalında təqdim olunan multimedia tədris resurslarını yeni innovasiyalar sahəsində atılan ən uğurlu addım hesab etmək olar. Çünki bu portal hər bir müəllim üçün kurikulum üzrə hazır resurslar mənbəyi kimi əhəmiyyətlidir. Vaxtımıza qənaət edilir və dərsləri daha maraqlı qurmaq üçün köməkçimiz olur.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov