Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Görkəmli alimin  100 illik yubileyi qeyd olunub

 

Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli kimyaçı alim, professor Allahverdi Verdizadənin 100 illik yubileyinə həsr edilmiş "Üzvi reagentlər analitik kimyada" mövzusunda II respublika elmi konfransı keçirilib.

ADPU-nun  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi konfransı rektor, AMEA-nın müxbir üzvü Yusif Məmmədov açaraq alimin həyat və fəaliyyətindən, kimya elminə verdiyi töhfələrdən danışıb.

Diqqətə çatdırılıb ki, bu ali təhsil ocağında indi də uğurla fəaliyyət göstərən analitik və fiziki kimya kafedrasını 1969-cu ildə professor A.Verdizadə yaradıb və ömrünün sonunadək həmin kafedranın müdiri olub. Hazırda kafedraya alimin övladı və yetirməsi olan professor Nailə Verdizadə rəhbərlik edir.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Professor Allahverdi Verdizadənin həyat və elmi-pedaqoji fəaliyyəti" mövzusunda çıxış edib. Bildirib ki, professor A.Verdizadə həm elmi tədqiqatçı alim, həm də pedaqoq kimi zəngin və parlaq həyat yolu keçib.

Konfransda alimlərin "Kimyanın tədrisində "Təhsildə dinamik fəzavi təfəkkür" nəzəriyyəsinin metodiki istifadə yolları" və "Bəzi d-elementlərinin -O, -S, -N tərkibli liqandlarla müxtəlifliqandlı komplekslərinin analitik xassələri" mövzularında elmi məruzələri dinlənilib.

Sonra işini 7 bölmədə davam etdirən konfransda 167 məruzə dinlənilib, müzakirələr aparılıb. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov