Noyabrın
29-da Odlar Yurdu Universitetinin böyük akt zalında "Seyid
Mir Həmzə Nigari və yeni dövr Azərbaycan ədəbiyyatında
fəlsəfi-sufi poeziya" mövzusunda beynəlxalq elmi
konfrans keçirilib.
Professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi
konfransı giriş sözü ilə Odlar Yurdu Universitetinin
rektoru, Milli Məclisin deputatı, professor Əhməd
Vəliyev açaraq Seyid Mir Həmzə Nigarinin həyat və
yaradıcılığı haqqında geniş məruzə edib.
Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov,
professor Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə,
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov,
Azərbaycanda Seyid Nigari tədqiqatçısı və onun divanının
tərtibçisi, dosent Nəzakət Məmmədli, dosent R.İlyasov
Seyid Nigarinin ədəbiyyat tarixində yeri və rolu, onun
yaradıcılığının səciyyəvi cəhətləri haqqında danışıblar.
Çıxışlardan sonra konfrans universitetin filologiya
ixtisasının tələbələrinin hazırladığı bədii hissə ilə
davam etdirilib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |