Dekabrın
4-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə
əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması
mərasimi keçirilib.
Memorandumu təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov
imzalayıblar.
Memorandum Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
fəaliyyətinin mühüm bir qisminin dövlət təhsil
müəssisələrində reallaşdırılmasını nəzərə alaraq, bu
işlərin səmərəliliyinin artırılması üçün qarşılıqlı
əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi
məqsədlərinə xidmət edir.
Memoranduma əsasən, Təhsil Nazirliyi Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki humanitar
fəaliyyətini dəstəkləyəcək. Qızıl Aypara Cəmiyyəti isə
Təhsil Nazirliyinin müraciəti əsasında təhsilalanları
müvafiq seminar, təlim, sessiya, kampaniya, yay
düşərgələri və digər müvafiq tədbirlərə cəlb edəcək.
Həmçinin, dövlət
ali təhsil müəssisələrinin humanitar fakültələrinin
tələbələri üçün Qızıl Aypara Cəmiyyətinin
strukturlarında
müvafiq
istehsalat təcrübəsinin keçirilməsinin təşkil
olunması nəzərdə tutulur. |