Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə  start verildi

 

 Dekabrın 3-də Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi çərçivəsində məktəb direktorlarının təqdimatlarının dinlənilməsinə başlanılıb.

Müsabiqə Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamına uyğun olaraq, "2013-2014-cü dərs ilinin nəticələrinə görə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında" təhsil nazirinin əmrinə əsasən keçirilir.

Müsabiqələrin ilk mərhələsində təqdim edilmiş sənədlər yoxlanılıb və 61 məktəb, həmçinin 131 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb. Qeyd edək ki, müsabiqədə iştirak üçün 94 ümumtəhsil məktəbi və 296 müəllim müraciət edib.

"Ən  yaxşı  müəllim"  müsabiqəsinin  II  mərhələsində müəllimlərin  Bakı  şəhərinin  seçilmiş  məktəblərində  nümunə dərsləri təşkil olunacaq.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov