Azərbaycan Prezidenti İlham
Əliyev noyabrın 28-də Bakıda keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil
nazirlərinin üçüncü görüşünün iştirakçılarına təbrik
məktubu ünvanlayıb. Məktubda türkdilli ölkələrlə
əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdirilməsinin
Azərbaycan dövləti üçün həmişə mühüm əhəmiyyət daşıdığı
qeyd olunub. Dövlət başçısı görüş zamanı müzakirə
olunacaq problemlərin, aparılacaq fikir mübadiləsinin və
qəbul ediləcək qərarların ölkələrimiz arasında təhsil
üzrə əməkdaşlığın yeni inkişaf perspektivlərini
müəyyənləşdirərək cəmiyyətlərimizin daha da
yetkinləşməsi istiqamətində əhəmiyyətli addım olacağına
ümidvar olduğunu bildirib.
* * *
Ölkə
başçısı
İlham
Əliyev
dekabrın
2-də
Baku
Expo
Mərkəzində
"BakuTel-2014"
XX
Azərbaycan
Beynəlxalq
telekommunikasiya
və
informasiya
texnologiyaları
sərgisi
ilə
tanış
olub.
Prezident müxtəlif şirkətlərin fəaliyyətlərindən bəhs
edən pavilyonlarda olub, stendlərə baxıb. Ölkə başçısı
sərgidə "Euronews" telekanalının müxbirinə müsahibə
verib.
* * *
Prezident
İlham
Əliyev
dekabrın
2-də
Türkiyə
Respublikasının
elm,
sənaye
və
texnologiyalar
naziri
Fikri
İşıkın
başçılıq
etdiyi
nümayəndə
heyətini
qəbul
edib.
Dövlət başçısı ölkələrimiz arasında bütün sahələrdə
uğurla inkişaf edən əməkdaşlığı elm və yüksək
texnologiyalar sahəsində daha da genişləndirməyin önəmli
olduğunu bildirib.
* * *
Dekabrın
1-də
Azərbaycan
Respublikasının
Prezidenti
İlham
Əliyev
ölkəmizdə
işgüzar
səfərdə
olan
Əfqanıstan
İslam
Respublikasının
Prezidenti
Məhəmməd
Əşrəf
Qani
ilə
görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə
olunub.
* * *
Azərbaycan
Respublikasının
Prezidenti
İlham
Əliyev
noyabrın
28-də
Ümumrusiya
Dövlət
Teleradio
Verilişləri
Yayım
Şirkətinin
"Rossiya-24"
informasiya
telekanalına
müsahibə
verib.
Prezident müsahibə zamanı ölkəmizdə rus dilinin
tədrisi ilə bağlı məsələlərə də toxunub: "Azərbaycanda
rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır.
Bizdə tədris rus dilində olan 300-dən çox məktəb var.
Bütün dövlət ali məktəblərində rus dilində təhsil almaq
üçün bölmələr var. Moskva Dövlət Universitetinin
filialı, Slavyan Universiteti yaradılıb. Hesab edirəm
ki, bu müsbət təcrübə dili hücum hədəfi seçən
ölkələr üçün faydalı ola bilər."
* * *
Noyabrın 28-də Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Parisdə dünya şöhrətli fotoqraf
Reza Deqatinin Azərbaycana həsr olunan fotosərgisinin və
iki kitabının təqdimatı keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində
iştirak ediblər. Dünya şöhrətli fotoqraf Reza Deqati
sərginin təşkilinə görə Heydər Əliyev Fondu və onun
prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirərək
Azərbaycanın çox tolerant, gözəl və zəngin ölkə olduğunu
deyib. |