Şəmkirdə Bakı Oksford məktəbinin yerli filialı və şəhər
icra hakimiyyətinin birgə təşkilatçılığı ilə şagirdlər
arasında velotur keçirilib.
Velosiped federasiyasından verilən xəbərə görə, yarış
12 noyabr - Konstitusiya günü və Oksford məktəbinin
Şəmkir filialının yaradılmasının 5 illik yubileyinə həsr
olunub.
Yarış başlamazdan öncə şəhər icra hakimiyyətinin
nümayəndələri, həmçinin Oksford məktəbinin müəllim və
şagird heyəti ümummilli lider Heydər Əliyevin abidəsini
ziyarət edib. Sonra velotura start verilib.
Kütləvi xarakter daşıyan yarışda Oksford məktəbinin
şagirdləri mübarizə aparıblar. Nəticələrə gəlincə, Ayxan
İslamzadə, Ülvi İsmayılov və Gülçin Yusifova öz
qruplarında bütün rəqiblərindən güclü olublar. Qaliblərə
diplom və qiymətli hədiyyələr təqdim olunub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |