Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri
keçirilib. Azərbaycan Güləş Federasiyasının məlumatına
görə, komanda yarışı xarakterli turnirdə Azərbaycanla
yanaşı Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan,
Bolqarıstan, İsveç yığmaları iştirak edib.
Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıb.
Sərbəst güləş üzrə yığmamız Türkiyə ilə eyni yarımqrupda
mübarizə aparıb. Güləşçilərimiz 6:2 hesablı qələbə
qazanaraq finala yüksəlib. Digər yarımqrupda Rusiya,
Belarus və Ukrayna güləşçiləri yarışıb. Komandamız
finalda Rusiya güləşçiləri ilə qarşılaşıb. Sərbəst
güləşçilərimiz turniri ikinci sırada tamamlayıb və
Avropa Millətlər Kubokunun gümüş medalına sahib olub.
Yunan-Roma güləşçilərimiz isə Rusiya və Bolqarıstanla
eyni yarımqrupda qüvvələrini sınayıb. Bolqarıstanla
gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb. Daha
keyfiyyətli fəndlərə və xal hesabına görə qələbə
yığmamıza verilib. Komandamız qrupda növbəti görüşünü
Rusiya yığmasına qarşı keçirib. Türkiyə, Ukrayna və
Macarıstan güləşçiləri isə digər yarımqrupda mübarizə
aparıb. Yunan-Roma güləşçilərimiz öz yarımqrupunu ikinci
sırada tamamlayıb. Bu nəticə ilə yığmamız Macarıstan
güləşçiləri ilə görüşüb. 6:2 hesablı qələbə ilə yığmamız
Avropa Millətlər Kubokunu üçüncü sırada tamamlayıb.
|