Abbas
Abdullazadə 1993-cü ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə 4 nömrəli Uşaq İncəsənət Məktəbinin
fortepiano sinfinə daxil olub. Burada təhsil alarkən bir
çox tədbirlərdə uğurla çıxış edib. 2002-ci ildə Uşaq
musiqi və incəsənət məktəblərinin "Qönçə-2002" devizi
ilə keçirilmiş VI Bakı uşaq musiqi festivalında uğurlu
çıxışına görə fəxri fərmanla, 2006-cı ildə Uşaq musiqi
və incəsənət məktəbləri şagirdlərinin fortepianoda
müşayiət ifaçılığı baxışında ifasına görə diplomla
mükafatlandırılıb. 2007-ci ildə gənc pianoçuların
Q.Qarayev adına IV Respublika müsabiqəsində orta yaş
qrupunda IV dərəcəli diplom qazanıb. 2008-ci ildə
Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi
Kollecinə daxil olub. Bu qədim musiqi ocağında daha
həvəslə təhsil almağa, yeni nailiyyətlər qazanmaq üçün
öz üzərində işləməyə başlayıb. Təhsil aldığı müddətdə
bir çox müsabiqələrdə və festivallarda uğurla çıxış
edərək laureat adına layiq görülüb. İxtisas müəllimi
Diana Zəkiyevanın onun üzərində böyük əməyi olub.
2009-cu ildə "Asəf Zeynallı-100" müsabiqəsində III yeri
tutub. 2010-cu ildə Ü.Hacıbəylinin 125 illiyinə həsr
olunmuş orta ixtisas musiqi məktəbləri arasında
keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülüb.
2011-ci ildə gənc pianoçuların festivalında çıxış edib
və diplomla təltif olunub. 2013-cü ildə ümummilli lider
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi
münasibətilə keçirilən Respublika müsabiqəsində II
dərəcəli diploma layiq görülüb. Həmin il Bakı Musiqi
Akademiyasında prorektor Oqtay Abasquliyevin sinfinə
daxil olub. II kurs tələbəsi olan A.Abdullazadə 2014-cü
ildə Türkiyənin İstanbul şəhərində keçirilən
"Uluslararası IX Pera Piyano Festivalı" 19-24 yaş solo
kateqoriyalı piano yarışmasında II yerin sahibi olub.
Abbas Abdullazadə gələcəkdə doğma Azərbaycanını bir çox
xarici ölkələrdə uğurla təmsil etmək üçün əzmlə
çalışacağını əminliklə ifadə edib.
Səhifəni hazırladı: Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |