Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Ən böyük arzusu tanınmış skripkaçı olmaqdır

 

Həmidə  Ağasoy 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində musiqiçi ailəsində anadan olub. Onda musiqiyə marağı anası  oyadıb. Ailədə bacısı İlahə də həyatını musiqiyə həsr edib. Bir il Naxçıvanda musiqi məktəbində skripka sinfində oxuyub. 2003-cü ildə ailəlikcə Bakıya köçüblər. Bakıdakı  15 nömrəli musiqi məktəbində oxuyarkən bu möcüzəli alətin sirlərini müəllimi  Aida İmişovadan öyrənib. Musiqi məktəbində oxuduğu illərdə bir çox tədbirlərdə  iştirak edib. 2006-cı ildə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepianoda müşayiət ifaçılığına baxışda uğurla çıxış etdiyinə görə tərifnamə ilə təltif edilib. 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ABŞ-da təşkil olunmuş konsertdə çıxış edib.  2007-ci ildə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsində uğurla  çıxış etdiyinə görə tərifnamə ilə mükafatlandırılıb.

Bu illər ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Teymur Göyçayevin rəhbərliyi altında kamera orkestri ilə çıxış edib.  2010-cu ildə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətləri üzrə II respublika müsabiqəsində uğur qazanıb.

2010-cu ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin instrumental ifaçılıq ixtisasına skripka aləti üzrə dəyərli müəllimi, ona  həmişə dəstək  olan Ağahüseyn Hüseynovun sinfinə  daxil olub.

2012-ci ildə Budapeştdə keçirilən beynəlxalq müsabiqənin laureatı adını qazanıb. Elə həmin il görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçıların müsabiqəsində çıxış edərək I dərəcəli diplomla təltif olunub. 2014-cü ildə Musiqi Kollecini bitirdikdən sonra Bakı  Musiqi Akademiyasına  daxil olub.

Gənc istedadın ən böyük arzusu  Koreyada musiqi təhsilini davam etdirmək, məşhur italyan skripkaçısı Paqanininin konsertlərini ifa etmək, tanınmış skripkaçı olmaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov